"Bakı-2015": Gimnastlarımızdan növbəti çıxış - YENİLƏNİR

"Bakı-2015": Gimnastlarımızdan növbəti çıxış -   YENİLƏNİR
11:07 19 İyun 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlar keçiriləcək. Fanat.az xəbər verir ki, kişi və qadın gimnastlar sinxron hərəkətlərdə təsnifat mərhələsində qüvvəsini sınayacaq.
 
Saat 19:00-da başlayacaq yarışlarda ümumilikdə 21 cütlük mübarizə aparacaq. Azərbaycan yığması həm kişilərin, həm qadınların mübarizəsində təmsil olunacaq.
 
İlya Qrişunin və Oleq Pyunovdan ibarət cütlük kişilərin mübarizəsində çıxış edəcək. Burada 11 komanda mübarizə aparacaq.
 
Qadınların yarışında isə 10 cütlük çıxış edəcək. Ölkəmizi Svetlana Makştarova və Səbina Zaytseva təmsil edəcək.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbak-2015quot-gimnastlarmzdan-novbti-cx-t41736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR