"Türk axını" kəmərinin Yunanıstan ərazisindəki davamını Rusiya inşa edəcək

15:07 19 İyun 2015
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 15:04 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiya və Yunanıstan rəsmi olaraq "Türk axını" təbii qaz kəmərinin davamı olacaq və Yunanıstan ərazisindən keçəcək Cənubi Avropa qaz kəmərinin tikintisinin həyata keçirilməsi ilə bağlı ilk sənədi imzalayıblar.

"APA-Economics"in RBK-ya istinadən verdiyi məlumata görə, memoranduma Rusiyanın energetika naziri Aleksandr Novak və Yunanıstanın ətraf mühit və energetika naziri Panayotis Lafazanis imza atıblar.

 

"Bu layihənin reallaşdırılması heç kəsə qarşı yönəlməyib. Əksinə, boru kəməri onun keçəcəyi regionları birləşdirəcək”, - deyə P. Lafazanis bildirib.

 

A. Novakın sözlərinə görə isə, Cənubi Avropa qaz kəmərinin inşasına 2 mlrd. avro xərclənəcək. İlkin mərhələdə işin başlanılması üçün lazımı vəsaiti Rusiya tərəfi ayıracaq. Memorandumun şərtlərinə görə, sonradan Yunanıstan tərəfi rusiyalı tərəfdaşlarının xərclərini layihənin reallaşmasından sonra əldə olunacaq gəlib hesabına kompensasiya edəcək.

 

Rusiyalı nazir qeyd edib ki, “Türk axını” qaz kəmərinin Yunanıstandakı davamının tikintisinə 2016-cı ildə başlanılması planlaşdırılır. Layihənin inşası 2019-cu ildə yekunlaşacaq. Yeni qaz kəmərinin illik nəqletmə qabiliyyəti 47 mlrd. kubmetrdir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR