Yanvar-may aylarında Dövlət Məşğulluq Xidməti 1 450-dən çox vətəndaşı peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

15:12 19 İyun 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 15:07 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən bu ilin yanvar-may aylarında işsiz və işaxtaran vətəndaşlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə 80 peşə hazırlığı və əlavə təhsil kursu təşkil edilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dərzi, qənnadçı, aşbaz köməkçisi, mebel quraşdırıcısı və s. peşələr üzrə təşkil olunan kurslara ümumilikdə 1 453 nəfər şəxs cəlb edilib. Həmin şəxslərdən 652 nəfəri xidmətin tabeliyindəki Bakı Regional Peşə Tədris Mərkəzində, 63 nəfəri Göyçay Peşə Tədrisi Mərkəzində, qalanları isə ayrı-ayrı müvafiq tədris bazalarında təşkil edilən kurslarda peşə təlimi keçib.

 

Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun dəstəklənməsi üçün onların peşə reabilitasiyasının təmin olunması işləri də davam etdirilir. Belə ki, bu ilin beş ayında DMX-in peşə hazırlığı və əlavə təhsil kurslarından 3-ü penitensiar müəssisələrdə təşkil olunub. Həmin kurslara cəza çəkmə müddəti yaxın aylarda başa çatacaq 45 nəfər cəlb edilib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR