Şarl-Anri Kontamin: Azərbaycan sürətlə inkişaf edən, gözəl infrastruktura və yüksək həyat səviyyəsinə malik ölkədir

19:23 19 İyun 2015
36 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan sürətlə inkişaf edən, gözəl infrastruktura və yüksək həyat səviyyəsinə malik bir ölkədir. Azərbaycanlılar istiqanlı, qonaqpərvər xalqdır. Onlar qonağa heç zaman “yox” deməzlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri birinci Avropa Oyunlarının rəsmi saytının rəhbəri Şarl-Anri Kontamin Fransanın www.letelegramme.fr portalına verdiyi müsahibədə deyib.
Portalın müsahibə əsasında hazırladığı “Bakı-2015: Virtual dünyanı bəzəyən bretonlu” adlı məqalədə Anri Kontaminin 9 il ərzində FİFA-nın və futbol üzrə dünya kuboklarının saytlarını idarə etdiyi bildirilir. O, bir ildən artıqdır ki, 35 nəfərlik komandası ilə Bakıda birinci Avropa Oyunlarının saytına rəhbərlik edir.
Jurnalistin Avropa Oyunları ilə bağlı sualına Anri Kontamin belə cavab verib: “Bu Oyunların yüksək səviyyədə təşkili Azərbaycanın müasir ölkə olduğunun və böyük tədbirlərə ev sahibliyi edə bildiyinin sübutudur.
Anri Kontamin daha sonra əlavə edib: “Bütün ölkənin qəlbi Avropa Oyunları ilə döyünür. Açılış mərasimi möhtəşəm keçdi. Xalq bütünlüklə bu Oyunları dəstəkləyir. Kassaların qarşısında isə hər zaman üzun növbələr görmək mümkündür. Bu da Azərbaycanda idmana böyük marağın göstəricisidir”.
Müəllif sonda qeyd edir ki, www.baku2015.com saytını milyonlarla internet istifadəçisi ziyarət edir. Sayta Azərbaycan və ingilis dillərində 5 mindən çox tərcümeyi-hal, 3 min xəbər, 850 saat video yerləşdirilib.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://www.letelegramme.fr/bretagne/bakou-2015-un-breton-tisse-la-toile-19-06-2015-10672227.php

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sarl_Anri_Kontamin_Azerbaycan_suretle_inkisaf_eden_gozel_infrastruktura_ve_yuksek_heyat_seviyyesine_malik_olkedir-865395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR