""Çhelsi"ni tərk etmək doğru qərar deyildi"

""Çhelsi"ni tərk etmək doğru qərar deyildi"
21:27 19 İyun 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"a ötən yay "Çelsi"dən transfer olunan Demba Ba klubunu yenidən dəyişə bilər. İstanbul təmsilçisinin prezidenti Fikret Orman seneqallı hücumçu üçün bir sıra təkliflər aldıqlarını bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Dakarda keçirilən "Evsiz uşaqlara yardım" mərasimində iştirak edən Demba Ba deyib:

"Türkiyə çempionatının səviyyəsi Premyer Liqadan çox aşağıdır. Bu, heç kimə sirr deyil. "Çelsi"ni tərk etmək doğru qərar deyildi, amma belə şeylər olur. Mənim 30 yaşım və ən məhsuldar dönəmi yaşayıram. Yenidən Premyer Liqaya dönə bilərəm. İngiltərədən təkliflərin olduğunu bilirəm. Nə baş verəcəyini demək qeyri-mümkündür".
Seneqallı forvarda Çin və Qatar klublarından da təkliflər gəlməkdədir. Bu təkliflər "Beşiktaş" rəhbərliyini qane etsə də, Ba qeyd olunan ölkələrə getmək istəmir. Rəhbərlik "zadəganlar"dan 6 milyon avroya aldığı futbolçunu 15 milyona satmağı düşünür. "Qartallar"la 2018-ci ilə kimi müqaviləsi olan hücumçunun məvacibi isə 2.5 milyon avro təşkil edir. Ötən mövsüm "Beşiktaş"ın heyətində 44 oyuna çıxan Demba Ba 27 qolun müəllifi olmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR