Düşənbədə MDB Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası başa çatıb

22:43 19 İyun 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Düşənbə, 19 iyun, AZƏRTAC
İyunun 19-da Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) 73-cü iclası başa çatıb.
Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Moldova, Tacikistan, Türkmənistan, Əfqanıstanın və Ermənistan sərhəd qurumlarının rəhbərləri iclasda iştirak ediblər.
İclasda həmin ölkələrin sərhədlərində yaranan gərgin vəziyyət və bu vəziyyətdən çıxış yolları, MDB dövlətlərinin sərhəd qurumları arasında əlaqələrin genişləndirilməsi, qeyri-leqal miqrasiya, narkobiznes, qaçaqmalçılıqla mübarizə məsələləri müzakirə edilib. Həmçinin “Qərb-2015” birgə sərhəd əməliyyatının ilkin nəticələri açıqlanıb, MDB ölkələrinin xarici sərhədlərində hüquqa zidd fəaliyyətin qarşısının alınması üçün bu ilin ikinci yarısında keçiriləcək “Sərhəd qardaşlığı-2015” əməliyyatına hazırlıq məsələləri müzakirə olunub. Bundan başqa, 2014-2015-ci illərdə Sərhəd Qoşunları Komandanları Şurasının xətti ilə keçirilən birgə tədbirlərə yekun vurulub, 2016-cı il üçün iş planı hazırlanıb.
Həmçinin sərhəd idarələrinin qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının təkmilləşdirilməsi, dövlət sərhədinin pozucuları, transmilli cinayətkar qruplaşmalar, qeyri-qanuni miqrasiya, silahların və narkotiklərin qaçaqmalçılığı ilə mübarizə məsələlərinə dair bir sıra sənədlər imzalanıb.
İclas çərçivəsində “MDB ölkələrinin xarici sərhədlərində hüquqa zidd fəaliyyətlə mübarizədə sərhəd və digər idarələrin səylərinin və qarşılıqlı fəaliyyətlərinin əlaqələndirilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans da keçirilib.
Tədbir iştirakçıları Tacikistan-Əfqanıstan sərhədindəki “Xamadoni” və Şurobad” sərhəd zastavasında da olublar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dusenbede_MDB_Serhed_Qosunlari_Komandanlari_Surasinin_novbeti_iclasi_basa_chatib-865460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR