Daha bir 19 yaşlı qız İŞİD-ə qoşuldu (VİDEO, FOTO)

Daha bir 19 yaşlı qız İŞİD-ə qoşuldu (VİDEO, FOTO)
01:21 20 İyun 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasına qoşulmaq məqsədilə Rusiyadan daha bir gənc qız evdən qaçıb.

ANS PRESS-in məlumatına görə, bu, son günlər Rusiyada baş verən üçüncü belə hadisədir. Moskvadakı elit ticarət mərkəzində işləyən 19 yaşlı Patima Abdullayevanın ailəsi polisə müraciət edərək qızlarının qaçdığını bildirib.

Əslən Dağıstandan olan Patima artıq Türkiyə-Suriya sərhədini keçərək İŞİD sıralarına qoşulub. Gənc qızın valideynləri kömək üçün xüsusi xidmət orqanlarına müraciət ediblər. Onların sözlərinə görə, qızları Moskvadan Türkiyəyə gedərək oradan Suriyaya keçib.

“Qız artıq İŞİD terror qruplaşmasının əlindədir, bununla belə valideynləri ilə əlaqə də qurur. Atası və anası qızlarını geri qayıtması üçün dilə tutsalar da, buna nail ola bilmədiklərindən Federal Təhqiqat Bürosuna müraciət ediblər”, - deyə polis nümayəndəsi bildirib.

Abdullayevalar Dağıstanda yaşayıblar və bir müddət əvvəl Moskvaya köçüblər. Qızı İŞİD terror qruplaşmasına qoşulmağa internetdə iki qızın yoldan çıxardığı bildirilir.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR