x
Loading...
.

Ötən axşam üç maşın yanıb

Ötən axşam üç maşın yanıb
03:19 20 İyun 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Ötən gün axşam saatlarında Şəmkirdə və Yevlaxda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Səməd Vurğun qəsəbəsində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobilində yanğın baş verib. Nəticədə avtomobilin  yanar hissələri, avtomobilin banına yığılmış 10 ton ot bağlamasının 3 tonu, yaxınlıqda olan “Ural” markalı yük avtomobilinin təkərləri və kabinəsi yanıb. Ot bağlamasının və “Ural” markalı yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Yevlax rayonu, Aran qəsəbəsində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR