ABŞ kilsədəki qətliamı terror aktı adlandırıb

ABŞ kilsədəki qətliamı terror aktı adlandırıb
06:44 20 İyun 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Çarlston şəhərinin kilsəsində törədilmiş qətliam terror aktı adlandırılıb. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, cinayət işi Cinayət Məcəlləsinin irqi nifrət zəminində törədilmiş cinayət və daxili terrorizm məqalələri üzrə başlanıb.

 

Qeyd edək ki, iyunun 17-də naməlum silahlı şəxs kilsəyə daxil olaraq atəş açmağa başlayıb. Nəticədə 9 nəfər – 3 kişi və 9 qadın ölüb. Ölənlərin hamısı qaradərilidir. Hadisəni törətməkdə şübhəli bilinən ağdərili 21 yaşlı Dilan Ruf saxlanılıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR