Ölkənizə yenidən gəlmək və mətbəxinizlə yaxından tanış olmaq istəyirəm

Ölkənizə yenidən gəlmək və mətbəxinizlə yaxından tanış olmaq istəyirəm
07:46 20 İyun 2015
85 İdman
Ölkə mətbuatı
A- A+

“Üçüncü setdən sonra bir anlıq həyəcanlandım və görüşü uduzacağımı düşündüm. Lakin sonradan özümə olan inamımı qaytararaq qalib gəlməyi bacardım. Birinci Avropa Oyunlarında qızıl medal qazandığım üçün çox xoşbəxtəm”.

Bu sözləri Avropa Oyunlarında qızıl medal qazanan almaniyalı stolüstü tennisçi Dmitri Ovçarov deyib.

Almaniyalı atlet Azərbaycana “Bakı-2015”-in beynəlxalq idman elçisi kimi gəlməkdən məmnun olduğunu, Oyunların yüksək səviyyədə təşkil edildiyini və idmançılar üçün hər cür şəraitin yaradıldığını bildirdi. O, xüsusilə Azərbaycan mətbəxinin təamlarının çox dadlı olduğunu və həyat yoldaşı ilə birlikdə yenidən ölkəmizə gələrək, mətbəximizin müxtəlif nümunələrindən dadmaq və respublikamızla daha yaxından tanış olmaq niyyətində olduğunu vurğuladı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR