Bu ilin ilk yarısı Türkiyədə böyük itkilərlə yadda qaldı

Bu ilin ilk yarısı Türkiyədə böyük itkilərlə yadda qaldı
08:36 20 İyun 2015
69 Şou
Ölkə mətbuatı
A- A+

Hələlik 2015-ci ilin ilk yarısında olsaq da bu il Türkiyədə bir çox məşhurun ölümü ilə yadda qalacaq. ANS PRESS-in məlumatına görə, dünyasını dəyişənlərin arasında dövlət adamı, siyasətçi, şou-biznes nümayəndəsi və hətta kəşfiyyatçı var.

Vəfat edən ilk məşhur MİT (Milli Xəbəralma Təşkilatı) əməkdaşı professor Mahir Kaynak olub. Fevralın 14-də 81 yaşında dünyasını dəyişən Kaynak, “Mənim elə bir sirrim yoxdur, amma bu mövzuda əsla danışmaram” sözləri məşhur idi.

Fevralın 16-da Türkiyənin ilk qadın mahnı sözü yazarı Fikrət Şənsəs 94 yaşında dünyasını dəyişib. Şənsəs, başda, “Bir başqadır mənim məmləkətim” olmaqla 300-ə yaxın mahnının sözlərini yazıb.

Fevralın 28-də türk romanının böyük ustadı hesab olunan Yaşar Kamal 71 yaşında dünyasını dəyişib. Əsasən 26 eomanın müəllifi olan Yaşar Kamal başda Fransanın “Legion” ordeni olmaqla 38 mükafatın laureatıdır.

Martın 12-də məşhur müğənni, Türkiyənin Elvis Preslisi hesab olunan Erol Böyükburc 81 yaşında dünyasını dəyişib.

Aprelin 3-də sadəcə Türkiyədə yox, müstəqillik ilərindən bəri Azərbaycanda da kifayət qədər tanınan müğənni, bəstəkar, mahnı sözləri yazarı Kayahan Açar uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişdi.

Mayın 8-də Türkiyənin məşhur kino və teatr aktyor Zeki Alasya 72 yaşında vəfat edib. Həyatı boyu yüzlərlə filmdə çəkilən və teatr tamaşasında rol alan Alasya Azərbaycan tamaşaçısı tərəfindən əsasən “Akasya Durağı” serialındakı Nuri baba obrazı ilə tanınırdı. Aktyorun gəncliyində tərəf müqbili Metin Akpınarla çəkildiyi filmlər də ölkəmizdə kifayət qədər tanınır.

Mayın 10-da Türkiyənin 7-ci prezidenti, ölkədə hakimiyyəti hərbi çevriliş yoluyla ələ keçirmiş General Kənan Evren 98 yaşında vəfat edib. Türkiyənin Baş Qərargah idarəsinin rəisi ikən 1980-ci il sentyabrın 12-də ölkədə hərbi dövlət çevrilişi edərək hökuməti buraxan Kənan Evren 1982-ci ildə keçirdiyi referendum ilə azadlıqları məhdudıaşdıran konstitusiyanın qəbulundan sonra Türkiyənin 7-ci prezidenti statusunu qazanıb.

Mayın 31-də Türkiyə sənət musiqisinin tanınmış siması Behiye Aksoy 85 yaşında dünyasını dəyişib.

İyunun 12-də Türkiyə “Yeşilçam” kinematoqrafiyasının məşhur aktyoru 67 yaşlı Sümer Tılmaç mafiya lideri Sedat Pekerin toyunda qəfildən keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.

İyunun 17-də isə Türkiyənin 9-cu prezidenti, məşhur dövlət adamı, tanınmış siyasətçi Süleyman Dəmirəl xəstəxanada dünyasını dəyişib.
Allah rəhmət eləsin.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=352018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR