Ən güclü dövlətin ən güclü ağrıları başlayıb

Ən güclü dövlətin ən güclü ağrıları başlayıb
09:42 20 İyun 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın iqtisadiyyatı barədə yazmaq çətindir, çünki bu, qatı ateistlə söhbətdə səmavi dinlərin insan mənəviyyatını tənzimləyən orientirlər sistemləri olduğunu söyləmək təkidir. Qarşı tərəf səni dinləyəcək, arqumentlərinin səbatsız olmaması ilə razılaşacaq, amma yenə də inadından əl çəkməyərək "Allah yoxdur, vəssəlam" deyəcək. Özü təhtəlşüur qatında Allahın, Yaradanın olduğuna zərrə qədər şübhə etməsə də.
Birləşmiş Ştatların iqtisadiyyatından bəhs edəndə, çox ciddi problemlərin olduğunu vurğulayanda opponentlər dərhal buyururlar ki, xeyr, ola bilməz, ABŞ meqasuperdövlətdir, dünyanın yeganə gücüdür, ən qüdrətli və demokratik məmləkətdir, amerikalıların tam əksəriyyəti bəxtəvərdir və ilaxır.
Faktlar isə bunun tam tərsini deyir.
Hal-qəziyyə odur ki, ABŞ-ın Barak Obamadan sonrakı prezidenti dövləti çox ağır iqtisadi böhrandan qurtarmaq üçün kəskin, radikal, effektiv addımlar atmalı olacaq.
Birləşmiş Ştatların fasiləsiz artan dövlət borcu son 10 ildə ölkə iqtisadiyyatında pis-yaxşı, amma müşahidə olunan cüzi artımları belə, bilmərrə məhv edə bilər.
Bunu ABŞ Konqresinin Büdcə Komitəsi (CBO) yaydığı hesabatında bəyan edib.
Sənəddə bildirilir ki, uzunmüddətli perspektivdə federal büdcənin göstəriciləri yaxın illərdə pis olacaq. Daha doğrusu, Birləşmiş Ştatların federal borcu ölkə iqtisadiyyatının ümumi həcmini keçəcək.
"Milli borcumuz artıq nəzarətdən çıxır və fəlakətə çevrilməyə başlayır, - Büdcə Komitəsinin sədri, respublikaçı Tom Prays bildirib.
ABŞ-ın dövlət borcu ilə bağlı məsələdə problemin həll oluna biləcəyi məqamın nə zaman yaşanacağı bilinmir. İnvestorlar isə Vaşinqtonun problemlərin öhdəsindən gələ biləcəyinə indidən şübhə edirlər. Onlar elə indidən faiz stavkalarının yüksəldilməsini tələb edirlər ki, bu da maliyyə böhranını daha da ağırlaşdıra bilər.
"Concord Coalition"un icraçı direktoru Robert Biksbinin dediyinə görə, dövləti maliyyə böhranı və iqtisadi geriləmə bəlasından xilas etmək üçün ABŞ-ın növbəti prezidenti indiki dövlət başçısı Barak Obamadan fərqli olaraq, daha radikal və effektiv siyasət yürütmək məcburiyyətindədir.
Çıxış yolu büdcə xərclərinin azaldılması, vergilərin yüksəldilməsidir.
Bəli, bu addımlar ABŞ cəmiyyətində kəskin etirazlarla qarşılanacaq. Təhsil və səhiyyə sisteminin yarıtmaz səviyyədə olmasından şikayətlənən amerikalılar bütün bunların müqabilində xərclərin azaldılmasını, üstəlik vergilərin artırılmasını görəndə çətin ki, küçələrə çıxaraq kütləvi aksiyalar keçirməyələr.
Bax onda Ferqüsson və ya Dakota, Nyu-York və Çikaqodakı işğtişaşlar, polislər toqquşmalar, dükanlar və ofislərin yandırılması yaşanacaq yeni olaylarla müqayisədə lisey tələbələrinin bayramlarına bənzəyəcək.
Nədən ki, Birləşmiş Ştatların dövlət borcunu indiki səviyyədə saxlamaq üçün ölkədəki orta sinif mənsubları ildə 750 dollar artıq vergi ödəməlidir.
Üstəlik, əhalinin orta yaş həddinin artması, təqaüdçülərin çoxalması və bu səbəbdən də səhiyyə sisteminə xərclərin avtomatik artımı, işsizlərin çoxalması və buna görə də müavinətlərin həcminin böyüməsi...
Bütün bunlar AŞ iqtisadiyyatı üçün olduqca ağır yükə çevriləcək.
Hətta Amerika Energetika Agentliyi (EİA) etiraf edir ki, ölkə iqtisadiyyatında çox ciddi problemlər var.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/351521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR