Janna Friskenin ölümünü ələ saldılar (FOTO)

Janna Friskenin ölümünü ələ saldılar (FOTO)
11:01 20 İyun 2015
292 Şou
Ölkə mətbuatı
A- A+

Uzun xəstəlikdən sonra 4 gün əvvəl Moskvada dünyasını dəyişmiş Janna Friske ətrafında yeni qalmaqal yaranıb.

ANS PRESS-in məlumatına görə, müğənni Diana Qurskaya rok ifaçı Kristina Potupçikin beyin xərçəngindən dünyasını dəyişmiş Jannanın ünvanına söylədiyi həyasız zarafatına reaksiya verib.



"Mənim düşüncəmə görə, dünyasını dəyişmiş kəslərin xatirəsini ələ salmaq yolverilməzdir. Heç bir şəxsi münasibətlər, peşəkar fəaliyyət və digər hallar buna əsas vermir. Janna Friske bütün ömrü boyu mübarizə apardı, o balaca Platonu özü böyütməyi arzulayırdı. Bu mübagiləsiz faciəvi tarixçədir" - deyə Qurskaya həmkarına cavab yazıb.

Poputçik öz Twitterində belə yazmışdı: "Rəhmətlik xatirələrdə kimlərinsə ətəyini iyləməyə macal tapdığı gizli halda partlamış yarma kimi qalacaq".

Xatırladaq ki, bundan əvvəl bloqer və jurnalist Maksim Kononenko da Janna Friskenin ölümü ilə bağlı uğursuz zarafat etmişdi. O, sosial şəbəkələrdə rişxəndli status paylaşmışdı: "İnsanlar Janna Friskenin səfirliyinə çiçəklər aparırlar".

Diana Qurskaya


Kristina Potupçik



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=352027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR