x
Loading...
.

"Kәpәz"dә seleksiya toplanışı

"Kәpәz"dә seleksiya toplanışı
12:57 20 İyun 2015
76 İdman
Ölkə mətbuatı
A- A+
.

Qarşıdakı mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz” Gəncə şəhər stadionunda seleksiya xarakterli toplanışa start verib. Fanat.az xəbər verir ki, məşqdən öncə Müşahidə Şurasının üzvləri və klubun rəsmiləri meydanda məşqçi heyəti və futbolçularla görüşüb. 

Qurumun üzvlərindən Mikayıl Nərimanoğlu, Müşfiq Cəfərov və icraçı direktoru Mehman Allahverdiyev toplanışa qatılan oyunçular qarşısında çıxış edərək, onlara uğurlar arzulayıb. Özünü ən yaxşı tərəfdən göstərən futbolçuların məşqçilərin rəyi əsasında komandaya cəlb olunacağı bildirilib. 

İlk məşq prosesində topa toxunuşu “Kəpəz”in tarixi keçmişi olan, veteran futbolçu Müzəffər Qasımovla komandanın gələcəyi, “Mancester Yunayted” Yay Futbol Məktəbinə seçimlərdə sınaqdan uğurla çıxmış Nihat Fərəci edib. Bir-birinə ötürmələr edən ikili daha sonra meydanı komanda üzvlərinin ixtiyarına verib. 

Qeyd edək ki, “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev və köməkçisi Şakir Qəribov AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi yığma komandaların xarici səfərlərində olduğu üçün Nizami yurdunun təmsilçisini məşqə digər köməkçi məşqçilər çıxarıb. Xaliq Mərdanov, Füzuli Allahverdiyev və Nadir Şükürov ilk məşqdə futbolçulara tapşırıqlar verib. Səfərdə olan mütəxəssislər qarşıdakı günlərdə “Kəpəz”in düşərgəsinə təşrif buyuracaqlar.   

Nəzərinizə çatdıraq ki, seleksiya toplanışına Gəncədən olan 30 futbolçu qatılıb. Onlardan 13 oyunçu son mövsümdə komandanın şərəfini qoruyub.

Yeri gəlmişkən, ilk məşq prosesinə azarkeşlər də maraq göstərib. Toplanışı 30-a yaxın fanat izləyib.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotd-seleksiya-toplan-t41783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR