Bakı 2015 Oyunların Təcrübə Proqramlarını təqdim edir

Bakı 2015 Oyunların Təcrübə Proqramlarını təqdim edir
15:38 20 İyun 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Bakı 2015 Avropa Oyunları bu gün növbəti yeddi il ərzində dünyanın müxtəlif yerlərində təşkil ediləcək iri miqyaslı tədbirlərin 61 nümayəndəsi üçün öz innovativ Oyunların Təcrübə Proqramlarını təqdim edir.

BEGOC-dan Trend-ə verilən məlumata görə, bu qrup səkkiz gün ərzində Azərbaycanın paytaxtında olacaq və Bakı 2015-in 18 obyektindən bir çoxuna ziyarət edəcək və dünyada ilk Avropa Oyunlarının keçirilməsi təcrübəsi ilə tanış olacaq. Proqramlar hər bir qrupun tələblərinə uyğun hazırlanacaq və eyni zamanda, Bakı şəhərini və onun mədəniyyətini də nümayiş etdirəcək.

Proqramın əsas yaradıcısı Bakı 2015-in Əməliyyat imkanları və hazırlıq şöbəsinin direktoru Gevin MakAlpin qeyd edib: “Bakı 2015-in yaratmaq istəyi ilə yanaşı biz ümumi “müşahidəçi” proqramını yenidən müəyyən etmə və onu daha interaktiv təcrübəyə çevirmə tapşırığını üzərimizə götürdük. Biz insanların passiv ziyarətçi kimi deyil, tədbirdə iştirak etməklə təcrübə qazanmasını istəyirik və bu innovativ proqramlar tək Olimpiya hərəkatından deyil, həm də FIFA Dünya Kuboku və dünyanın hər bir qitəsində digər irimiqyaslı tədbir təşkilatçılarını da cəlb etdi. Bu proqram çərçivəsində 61 nümayəndə 30 aydan az bir müddət ərzində dünya səviyyəli ilk Avropa Oyunlarının təşkil olunmasını idarə edən beynəlxalq ekspertlər tərəfindən hazırlanmış proqramda iştirak edəcəklər. Avropa Oyunlarının gündəlik fəaliyyətində “pərdə arxasında” qalan tərəf haqqında da məlumat təqdim ediləcək və eyni zamanda, iri miqyaslı tədbirlər barədə ən yaxşı təcrübə və yeniliklərin mübadiləsi üçün mühit yaradılacaq.”

Bakı 2015 Avropa Oyunlarının təcrübəsi ilə yaxından tanış olmaq üçün Rio de Janeyroda keçiriləcək 2016-cı il Olimpiya və Paraolimpiya oyunlarının, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paraolimpiya Oyunlarının və 2018-ci ildə Pyenq Çanqda təşkil ediləcək Qış Olimpiya və Paraolimpiya Oyunlarının nümayəndələri gələcək.

Nümayəndələr 16 müxtəlif idman təşkilatlatını və həmçinin Rusiya 2018 və Qətər 2022 FIFA Dünya Kuboku, Vroslav 2017 Dünya Oyunları, 2017-ci il Asiya bağlı meydança və Şərq Döyüş növləri Oyunları, Tokionun Tsukuba Beynəlxalq İdman Elmləri Akademiyası və Bakıda keçiriləcək 2016-cı il Dünya Şahmat Olimpiadasını təmsil edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR