Rus xalqı ümidlə yaşamalıdır

Rus xalqı ümidlə yaşamalıdır
15:56 20 İyun 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

"Moskva ilə Qərb arasında əməkdaşlığın davam etdiriləcəyinə əminəm."

ANS PRESS-in məlumatına görə, bunu Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, Qərbin sanksiyalarına baxmayaraq, Rusiyada qalıb fəaliyyət göstərən xarici investorlara təşəkkür edib: "Moskva Qərbin sanksiyalarına Rusiyanı biznesə daha açıq etməklə cavab verir."

V.Putin ölkəsinin iqtisadi böhranla mübarizəsindən söz açıb və söyləyib ki, Rusiya bu istiqamətdə ciddi iş görür və ölkədə dərin iqtisadi böhranın qarşısı alınacaq. Ölkənin maliyyə və bank sistemi artıq yeni şəraitə uyğunlaşıb, infilyasiya isə nəzarətdədir.

Xatırladaq ki, Qərbin Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və dünya bazarında neftin qiymətinin düşməsi Rusiya iqtisadiyyatına ciddi ziyan vurub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR