Koreyanın ətraf mühit nazirinin müavini Bakıdadır

Koreyanın ətraf mühit nazirinin müavini Bakıdadır
16:54 20 İyun 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Koreya Respublikasının ətraf mühit nazirinin müavini Honq Cun Seokun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Səfər çərçivəsində Honq Cun Seok və Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çul Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyin Bağırovla görüşüblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə H. Bağırov qonaqlara ölkədə ekologiya sahəsində görülən işlər və əldə edilən nailiyyətlər barədə məlumat verib.

Sonra iki ölkənin nazirlikləri arasında Ətraf Mühit üzrə Birgə Komitənin Əsasnaməsi imzalanıb və Birgə Komitənin birinci iclası keçirilib.

Görüşdə ətraf mühitin komponentləri üzrə Komitənin təcrübə mübadiləsi, Azərbaycanda tullantıların idarə olunması, çirkab suların təmizlənməsi, havanın çirklənməsinin azaldılması, monitorinq, ekoloji təhsil və maarifləndirmə, biomüxtəliflik, təbiətin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə çıxarılması məsələləri müzakirə edilib.

Nigar Məmmədli


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/12855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR