Şəkidə sürüşmə təhlükəsi

Şəkidə sürüşmə təhlükəsi
17:12 20 İyun 2015
91 Digər
Ölkə mətbuatı
A- A+

Tektonik və seysmik proseslərin aktiv olduğu şimal-qərb bölgəsinin dağ yamaclarında sürüşmə prosesi sürətlənib.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, əvvəlki illərlə müqayisədə dağlarda çılpaqlaşma artıb. Bu da vaxtında tədbirlərin görülməsini zəruri edir. Yaz aylarında havaların yağmurlu keçməsi şimal-qərb zonasının dağ yamaclarında sürüşmə proseslərini sürətləndirib. Bu proses, əsasən, Kiş və Şin çayının yataqlarında, Çuxadurmaz, Damarçın, Şəvətər və Qızılqaya dərələrində hiss olunur. Əvvəlki illərlə müqayisədə dağlarda çılpaqlaşma prosesi gedir. Dağların yamaclarının maili olması bu prosesin sürətlənməsinə şərait yaradır.

Burada yamacların meylliliyi 60-70 dərəcəyə çatır. Həm tektonik, həm də sürüşmə proseslərinin aktiv olduğu Şəkidə gələcəkdə xoşagəlməz halların baş verməməsi üçün tədbirlərin görülməsi zəruridir. Şəhərin əsas istirahət mərkəzlərinə gedən yolun çay yatağı səviyyəsində olması sel təhlükəsini qaçılmaz edir. Kiş çayının bəzi ərazilərində yatağın dərinliyinin 1 metrə qədər azalması hər hansı güclü yağışdan sonra istirahət mərkəzləri ilə əlaqənin kəsilməsinə gətirib çıxara bilər. Bu ərazlərdə sürüşmə prosesi də qaçılmazdır. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülməli, meşə zolaqları salınmalıdır. Sürüşmə prosesi, həmçinin Balakənin Katex və Balakənçay, Zaqatalanın Muxax və Talaçayı ətrafında da müşahidə olunur.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR