Putin keçmiş həyat yoldaşından danışdı (VİDEO)

Putin keçmiş həyat yoldaşından danışdı (VİDEO)
18:41 20 İyun 2015
114 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin keçmiş həyat yoldaşı Lyudmila və qızları Mariya və Yekaterina ilə yaxşı münasibət saxladığıllnı deyib.

ANS PRESS-in məlumatına görə, ailə ilə münasibətləri və öz şəxsi həyatı haqqında Rusiya prezidenti Sankt-Peterburqda xarici informasiya agentliklərinin başçıları ilə görüşdə jurnalistlərə deyib.

Putin bildirib ki, bəzən gecə saat ikiyədək yatmır, ailə ilə bəzi xırda məsələlər haqqında danışır. Prezident şəxsi həyatı haqqında suala cavab verərək bildirib: "Mənim gələcəyə planlarım var".

Boşanma haqqında qərarlarını Lyudmila və Vladimir Putinlər 2013-cü ilin iyununda elan ediblər. Onlar birgə nikahda demək olar ki, 30 il yaşayıblar. Onların iki qızı var.

Vladimir və Lyudmila Putin bildiriblər ki, ayrılsalar da dost kimi qalmaq istəyirlər.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR