Rusiya politoloqu: onların məqsədi Azərbaycan xalqının qazını və neftini əlindən almaqdır

Rusiya politoloqu: onların məqsədi Azərbaycan xalqının qazını və neftini əlindən almaqdır
21:13 20 İyun 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+


Moskva, 20 iyun, AZƏRTAC 
Azərbaycanda getdikcə daha çox adam ən mühüm hüquqlardan birinə - səfalət və yoxsulluq olmadan layiqli həyat sürmək hüququna nail olur, çünki respublikada iqtisadi artım regionda ən yüksək göstəricilərdən biridir. Bu sözləri Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov deyib. Onun fikrincə, siyasi hüquqlardan başqa, xalqların daha çox dəyər verdikləri sosial-iqtisadi hüquqların da olduğunu Qərbdə anlamaq istəmirlər. Hazırda Azərbaycanda əhalinin sosial-iqtisadi hüquqları xeyli möhkəmlənir.
Politoloq deyib: “Daha bir böyük nailiyyət insanların mədəni dəyərlərdən istifadə edə bilməsidir. Azərbaycanda çox sayda mədəniyyət və idman tədbirləri keçirilir. Azərbaycan vətəndaşlarının bütün bu tədbirlərdə iştirak etmək, dünyanın müxtəlif ölkələrindən olan insanlarla görüşmək imkanı da insan hüquqlarıdır. Biz istərdik ki, Avropa İttifaqından olan həmkarlarımız respublika vətəndaşlarının özlərinin prioritet hesab etdikləri insan hüquqlarının təmin olunmasında Azərbaycanın bu böyük irəliləyişini görməyi öyrənsinlər”.
S.Markov belə hesab edir ki, Azərbaycandakı sabitliyi pozmaq istəyən siyasi qüvvələr var. O deyib: “Onların məqsədi aydındır: Azərbaycanın neftini və qazını əlindən almaq. Əminəm ki, Azərbaycan xalqı bunun əleyhinədir. Biz Bakıda neftdən və qazdan gələn gəlirlər hesabına necə yollar çəkməyin, ictimai binalar, müəssisələr tikməyin, infrastrukturu inkişaf etdirməyin mümkün olduğunu gördük”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_politoloqu_onlarin_meqsedi_Azerbaycan_xalqinin_qazini_ve_neftini_elinden_almaqdir-865746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı