Azərbaycan uduzdu, İsveçrə "qızıl" qazandı

Azərbaycan uduzdu, İsveçrə "qızıl" qazandı
22:36 20 İyun 2015
87 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı-2015" I Avropa Oyunlarının çimərlik voleybolu yarışları davam edir. ANS PRESS-in məlumatına görə, bu gün daha 18 matç baş tutub.

Kişilərin yarışında 1/8 və 1/4 final qarşılaşmaları keçirilib. Bununla da yarımfinalçılar müəyyənləşib. 1/8 finala çıхan yeganə Azərbaycan cütlüyü - Neylton Santosla Yaroslav Rudik latviyalılarla qarşılaşıb və 1:2 (20:22, 21:16, 15:13) hesabı ilə uduzub. Bununla da Azərbaycan üçün çimərlik voleybolu başa çatıb.

Qadınların yarışında isə həlledici matçlar baş tutub. Yarımfinalla başlayan gün 3-cü yer uğrunda mat və finalla yekunlaşıb. 3-cü yer uğrunda oyunun qalibi Laura Ciombini və Qiulia Totidən ibarət İtaliya komandasını yenən Litvanın Yeva Dumbauskayte - Monika Povilaytite cütlüyü olub - 2:0.

Finalda isə Maria Lena Plesiutşniq - Katarina Şutzenhofer (Avstriya) və Nikole Eholzer - Nina Betşart (İsveçrə) cütlükləri qarşılaşıb. 2:1 hesablı qələbə qazanan isveçrəlilər I Avropa Oyunlarının qalibi olub.

Çimərlik voleybolu
Kişilər

1/8 final

Martins Plavins/Haralds Reqza (Latviya) - Neylton Santos/Yaroslav Rudik (Azərbaycan) 2:1
Aleksandr Kavalenka/Aleksandr Dziadku (Belarus) - Peter Kildeqard/Kristoffer Abell (Danimarka) 2:0
Tobias Vinter/Lorens Peter Petutşniq (Avstriya) - Maçey Rudol/Maçey Kosyak (Polşa) 2:0
Aleksey Strasser/Qabriel Kisslinq (İsveçə) - Robert Kufa/Yan Dumek (Çexiya) 2:0
Aleks Rangieri/Enriko Rossi (İtaliya) - Premisl Kubala/Yan Hadrava (Çexiya) 1:2
Marko Krattiger/Sebastian Çevallier (İsveçrə) - Yannik Salvetti/Jan-Baptiste Doqer (Fransa) 2:1
Sean Faiqa/Ariel Hilman (İsrail) - Aleksandr Solovey/Ruslan Sorokins (Latviya) 2:0
Paolo İnqrosso/Matteo İnqrosso (İtaliya) - Yaroslav Koşkarev/Dmitri Barsyuk (Rusiya) 1:2


1/4 final

Tobias Vinter/Lorens Peter Petutşniq (Avstriya) - Aleksey Strasser/Qabriel Kisslinq (İsveçə) 1:2
Yaroslav Koşkarev/Dmitri Barsyuk (Rusiya) - Aleksandr Kavalenka/Aleksandr Dziadku (Belarus) 2:0
Sean Faiqa/Ariel Hilman (İsrail) - Martins Plavins/Haralds Reqza (Latviya) 0:2
Premisl Kubala/Yan Hadrava (Çexiya) - Marko Krattiger/Sebastian Çevallier (İsveçrə) 2:0


1/2 final
21 iyun
10.00 Premisl Kubala/Yan Hadrava (Çexiya) - Martins Plavins/Haralds Reqza (Latviya)
11.00 Yaroslav Koşkarev/Dmitri Barsyuk (Rusiya) - Aleksey Strasser/Qabriel Kisslinq (İsveçə)

Qadınlar
1/2 final
Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) - Maria Lena Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya) 0:2
Nikole Eholzer/Nina Betşart (İsveçrə) - Laura Ciombini/Qiulia Toti (İtaliya) 2:0

3-cü yer uğrunda oyun
Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) - Laura Ciombini/Qiulia Toti (İtaliya) 2:0

Final
Maria Lena Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya) - Nikole Eholzer/Nina Betşart (İsveçrə) 1:2

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=352155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR