Xaçmazda gecə dəhşət yaşandı

Xaçmazda gecə dəhşət yaşandı
02:31 21 İyun 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün gecə saatlarında Xaçmazda dəhşətli hadisə baş verib.

ANS PRESS-in Fövqəladə Hallar nazirliyinin (FHN) saytına istinadla verdiyi məlumata görə, Xaçmaz şəhərində 1985-ci il təvəllüdlü Lətifov Anar Zahid oğlunun cəsədi yüksək gərginlikli elektrik transformatorunun içərisində aşkar edilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər transformatordan A.Lətifovun cəsədini çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:20-də başa çatıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR