Apasport.az saytının məlumatına görə, bu gün 25 dəst medal oynanılacaq.
Bu da yarışların arxada qalan hissəsi üçün rekord göstəricidir. Ümumilikdə isə yalnız iyunun 27-də daha çox – 27 medal dəsti uğrunda mübarizə gedəcək. Bu gün sahibləri müəyyənləşəcək 25 medal dəsti 10 növə təsadüf edəcək. Qalibləri bəlli olacaq növlərdən 8-də yarışlara yekun vurulacaq.
Milli Gimnastika Arenasında 4 növ üzrə yarışlar yekunlaşacaq. Bu idman qurğusundakı son gündə aerobikada 2, akrobatikada 4, bədii gimnastikada 4, batut gimnastikasında 6 dəst medal uğrunda mübarizə yaşanacaq.
Komanda idman növləri – su polosu, çimərlik voleybolu, həmçinin velosiped şossesində sonuncu mükafatçılar bəlli olacaq. Suyatullanmada isə son 2 növ üzrə mükafatçılar bəlli olacaq.
Hələ davam edəcək kamandan oxatmada 1, atıcılıqda 3 dəst medal oynanılacaq. Boks və voleybol yarışlarında isə növbəti qarşılaşmalar baş tutacaq.
21 iyun
08:45. Atıcılıq
Kişilər arasında 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş
Kişilər arasında dairəvi stend
Kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş
Bakı Atıcılıq Mərkəzi
09:00. Kamandan oxatma
Qadınlar, 1/16 final, 1/8 final, 1/4 final, 1/2 final, final
Tofiq Bəhramov adına Respublika stadionu
09:00. Suyatullanma
Qadınlar, 3 m tramplin
Kişilər, platforma
Bakı Su İdmanı Mərkəzi
09:00. Voleybol
Qadınlar, A qrupu
Belçika - Polşa
Bakı Kristal Zalı
10:00. Batut gimnastikası
Kişilər
Qadınlar
Kişilər, sinxron hərəkətlər
Qadınlar, sinxrom hərəkətlər
Milli Gimnastika Arenası
10:00. Çimərlik voleybolu
Kişilər
Yarımfinal, 3-cü yer uğrunda oyun, final
Çimərlik Arenası
10:00. Şosse velosipedi idmanı
Kişilər, şosse yarışı
10:05. Aerobika
Qarışıq cütlük
Final
Milli Gimnastika Arenası
11:00. Voleybol
Qadınlar, B qrupu
Hollandiya - Bolqaristan
Bakı Kristal Zalı
11:10. Aerobika
Qruplar
Final
Milli Gimnastika Arenası
12:30. Boks
1/8 final
Qadınlar, 60 kq
Kişilər, 64 kq, 69 kq, 75 kq, 91 kq
Bakı Kristal Zalı
13:00. Su polosu
Kişilər, 7-ci yer uğrunda
Almaniya - Macarıstan
Vaterpol Arenası
14:30. Bədii gimnastika
Ayrı-ayrı alətlərlə fərdi yarışlar
Qrup hərəkətləri
Milli Gimnastika Arenası
14:30. Su polosu
Kişilər, 5-ci yer uğrunda
Rusiya - İtaliya
Vaterpol Arenası
14:30. Voleybol
Qadınlar, A qrupu
İtaliya – Rumıniya
Bakı Kristal Zalı
14:35. Akrobatika
Qarışıq cütlük
Temp hərəkətləri
Final
Milli Gimnastika Arenası
16:00. Atletika
Bakı Olimpiya stadionu
16:05. Akrobatika
Qadınlar arasında qrup
Balans hərəkətləri
Final
Milli Gimnastika Arenası
16:30. Voleybol
Qadınlar, B qrupu
Xorvatiya - Almaniya
Bakı Kristal Zalı
17:30. Akrobatika
Qarışıq cütlük
Balans hərəkətləri
Final
Milli Gimnastika Arenası
18:00. Su polosu
Kişilər, 3-cü yer uğrunda
Xorvatiya - Yunanıstan
Vaterpol Arenası
18:25. Akrobatika
Qadınlar arasında qrup
Temp hərəkətləri
Final
Milli Gimnastika Arenası
19:30. Su polosu
Kişilər, 1-ci yer uğrunda
İspaniya - Serbiya
Vaterpol Arenası
20:00. Voleybol
Qadınlar, A qrupu
Türkiyə - Azərbaycan
Bakı Kristal Zalı
22:00. Voleybol
Qadınlar, B qrupu
Rusiya – Serbiya
Bakı Kristal Zalı