Tapança ilə 25 metrdən atəşaçma və dairəvi stend yarışlarında Azərbaycan üç idmançı ilə təmsil olunur

11:28 21 İyun 2015
51 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyunun 21-də Bakı Atıcılıq Mərkəzində "Bakı-2015" birinci Avropa Oyunlarının atıcılıq yarışlarının altıncı gününün yarışları başlayıb.
AZƏRTAC xəbər verir ki, bu gün kişilər arasında 50 metrdən üç vəziyyətdə tüfəng ilə atəşaçma, 25 metrdən tapança ilə sürətli atəşaçma və dairəvi stend yarışının ikinci təsnifat mərhələsi keçiriləcək.
Kişilər arasında 25 metrdən tapança ilə sürətli atəşaçma yarışında ölkəmizi Ruslan Lunev, dairəvi stend yarışında isə Paşa Ahadpur Xangah və Emin Cəfərov təmsil edirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tapancha_ile_25_metrden_atesachma_ve_dairevi_stend_yarislarinda_Azerbaycan_uch_idmanchi_ile_temsil_olunur-865798

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR