Patrik Hikki: 2019-cu ildə Avropa Oyunlarını ev sahibliyi etmək üçün yeddi potensial namizəd var

Patrik Hikki: 2019-cu ildə Avropa Oyunlarını ev sahibliyi etmək üçün yeddi potensial namizəd var
14:23 21 İyun 2015
61 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 iyun, AZƏRTAC
2019-cu ildə Avropa Oyunlarını ev sahibliyi etmək üçün yeddi potensial namizəd var.
AZƏRTAC Reuters-ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki məlumat verib.
“İlk olaraq ikinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün 5 namizəd var idi. Lakin Bakıda keçirilən Oyunlarına gözləniləndən daha artıq diqqət çəkməsi və böyük marağa səbəb olması daha ilk ölkənin namizədliklərini irəli sürmələrinə səbəb oldu,” – deyək P.Hiki bildirib.
Onun sözlərinə görə, ikinci Avropa Oyunlarının ev sahibi ölkə barədə son qərar bir müddət sonra qəbul olunacaq.
“Bakıda keçirilən Oyunlardan çox məmnunuq. Düzdür, atletika və üzgüçülük ən yaxşı idmançılarla təmsil olunmasalar da, digər idman növlərində iştirak edən idmançıların əksəriyyəti Avropa və Olimpiya çempionlarıdır,” – deyə AOK prezidenti əlavə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Patrik_Hikki_2019_cu_ilde_Avropa_Oyunlarini_ev_sahibliyi_etmek_uchun_yeddi_potensial_namized_var-865839

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR