Belçika Rusiyanın diplomatik hesablarına qoyduğu həbsi aradan qaldırıb

15:46 21 İyun 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Belçika hökuməti Rusiyanın diplomatik hesablarına qoyduğu həbsin aradan qaldırılması ilə bağlı qərar qəbul edib.

ANS PRESS-in APA-ya istinadən verdiyi xəbərə görə, bu bardə Belçika XİN rəhbəri Didye Reynders bildirib.

"Biz qərara gəldik ki, ilk növbədə səfirliklərin hesablarına qoyulan həbsləri aradan qaldıraq, ardı gələcək", - deyə nazir qeyd edib.

Qeyd edilib ki, ilk növbədə Rusiyanın Belçikadakı, NATO və Avropa İttifaqındakı səfirliklərinin "İNG Bank"da olan hesablarına qoyulan həbslər aradan qaldırılacaq.

Nazir əlavə edib ki, həbs qoyulan digər hesablar bazar ertəsi sərbəst buraxılacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352203

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR