Dünyadakı ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur

16:03 21 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul, 21 yanvar, AzərTAc
Milli Məclisin deputatı Gövhər Baxşəliyeva İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏTPİ) Konfransının 10-cu sessiyasında çıxışında diqqəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə cəlb edərək bu hərbi təcavüzün davam etməsinin əsas səbəbinin beynəlxalq aləmdəki ikili standartlar olduğunu söyləyib. O deyib ki, məhz dünyadakı ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur.
Bu siyasətin arxasında böyük dövlətlər durur və onlar bu münaqişədən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Buna görə də rəsmi Yerevan BMT, AŞPA və digər beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının qeyd-şərtsiz tərk edilməsi ilə bağlı sənədlərini yerinə yetirmir.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR