Millət vəkilindən sərt etiraz

Millət vəkilindən sərt etiraz
16:46 21 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin üzvü Fuad Muradov 20 Yanvar faciəsi günü paytaxt kinoteatrlarının birində kinokamediya nümayiş etdirilməsinə öz etirazını bildirib.

ANS PRESS-in məlumatına görə, gənc deputat öz fikirlərini sosial mediada paylaşıb:

"Bu gün, xalqımızım ümummilli hüzn günündə "Park Cinema"da kinokomediya nümayiş etdirilib. Hər birimiz xalqımızın sevincini də, kədərini də yaşamağı bacarmalıyıq. Sözdə deyil, işdə bunu göstərməliyik. Onu da unutmamalıyıq ki, atdığımız hər bir addımı gənclər izləyir, gənclər görür.

Yəni gənclərin tərbiyə olunmasında, formalaşmasında hər kəsin rolu var. Gənclərə örnək olmaq üçün örnək olacaq addımlar atmalıyıq. Mən bu hüzn günü xalqımızın dərdinə şərik çıxmayanları qınayıram. Belələri öz səhvlərini anlamalıdırlar. Bu, düzələn səhvlərdir. Səhv edənlər özlərini düzəltməlidirlər."
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR