Rəqsanənin köməyindən imtina edən qadına Ruhi sahib çıxdı

Rəqsanənin köməyindən imtina edən qadına Ruhi sahib çıxdı
18:16 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə İsmayılovanın “Öz aramızda” verilişinə kömək üçün müraciət edən eşitmə problemi olan ana və balaca qızını himayəsinə götürməsi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, daha sonra Vəsilə adlı xanım sözügedən proqrama yenidən çıxaraq Rəqsanənin verdiyi pulu geri qaytarmışdı. Köməyə ehtiyacı olan qadın müğənninin ondan əl çəkməsini söylədiyini bildirmişdi:

“Rəqsanə xanım əvvəl kömək edəcəyini desə də, bir müddət sonra zəng vurub söyləyir ki, əl çək məndən, pul yoxdur. Deyir “Öz aramızda” verilişində dilənməkdənsə, bulvar tərəfə get. Efirə dilənçiliyə çıxma”.

Rəqsanənin köməyindən imtina edən xanımın övladının ehtiyaclarını bir çox layihənin müəllifi kimi tanınan Ruhi Əliyevanın qarşılayacağı bildirilib. Aparıcı Zaur Baxşəliyev bu haqda verilişində deyib:

“Hansısa çətinliyin, qızının nə ehtiyacı varsa, bir kağıza yaz və bizə ver. Ruhi Əliyeva bunları öz boynuna götürüb. Lazım olan hər şeyi özü qarşılayacaq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR