Bakı-APA. Somalidə “Əş Şəbab” terror qruplaşmasının silahlıları Afrika Birliyinin sülhməramlılarının Moqadişoda yerləşən bazasına hücum edib, nəticədə 14 nəfər ölüb.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, hazırda bazanın ərazisində döyüş davam edir.
Ölən və yaralananların sayının artacağı istisna olunmur.