Azərbaycan güləşçiləri İranda beynəlxalq turnirdə mübarizə aparacaqlar

Azərbaycan güləşçiləri İranda beynəlxalq turnirdə mübarizə aparacaqlar
19:08 21 Yanvar 2015
284 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, Səxavət Quliyev, AzərTAc
Yanvarın 29-30-da İranın Məşhəd şəhərində yeniyetmələr arasında güləş üzrə “Yadigar İmam Kuboku” Beynəlxalq turniri keçiriləcək.
Turnirdə Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaları da iştirak edəcəklər.
AzərTAc xəbər verir ki, məşqçilər İslam Cəfərov və Fuad Əliyevin rəhbərliyi altında turnirə yollanancaq yunan-Roma yığmasının heyətinə 10 güləşi daxil edilib.
Turnirdə ölkəmizi Mirsirac Həsənli (42 kq), Ramal Əhədli (46 kq), Nurağa Yusifli (50 kq), Xancavad Məcidzadə (54 kq), Məhəmmədəli Həsənli (58 kq), Ceyhun Nəsirov (63 kq), Cavanşir Qasımov (69 kq), Nəzərşah Fətullayev (76 kq), Yaşar Zamanov (85 kq) və Rauf Məmmədli (100 kq) təmsil edəcəklər.
Sərbəst güləşçilərin yarışında isə Şahin Muxtarov (42 kq), İntiqam Vəlizadə (46 kq), Əliabbas Rzazadə (50 kq), Kənan Ağamalıyev (54 kq), Fazil Həsənov, Fizuli Hüseynov (hər ikisi 58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Ravil Babazadə və Əhliman Quliyev (hər ikisi 76 kq) mübarizə aparacaqlar.
Yığma komandaya böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədov rəhbərlik edəcəklər.
Beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev görüşləri idarə edənlər arasında olacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_guleschileri_Iranda_beynelxalq_turnirde_mubarize_aparacaqlar-826480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR