Berlinli fotoqraf Karolin Klüppel doqquz aya yaxın hasilərlə birlikdə yaşayıb və “Mädchenland”, yəni “Qızlar Krallığı” adlı sənədli fotosessiya hazırlayıb.
Klüppel Hasi tayfasında qız uşaqlarının özəl bir yeri olduğunu və Hindistan üçün qeyri-adi olan bu halın onlara bir özünə əminlik qazandırdığını deyir. Fotoqraf sənədli fotosessiyasında Hasi qızlarının özündən əmin görünüşlərini və davranışlarını sərgiləyir..
Dünyanın nadir toplumlarından biri olan Hasi mədəniyyətində ailənin sərvəti ən kiçik qız uşağına qalır və uşaqlar analarının soyadını daşıyır.
Hasi tayfası bizdən çox fərqlidir. Yalnız oğlan uşağına sahib olan ailələr uğursuz kimi tanınırlar.
Evliliklər də olduqca fərqli; gənclər evləndikdə bəy gəlinin evinə köçür. Uşaq sahibi olduqda körpəyə ananın soyadı verilir.
Qızlar Krallığının sakinlərinin fotolarını təqdim edirik:













