Bakıda yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb

Bakıda yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb
07:22 22 Yanvar 2015
199 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 07:17 ]

Bakı. Fərahim Qasımov-APA. Ötən gecə Nərimanov rayonunda qəza baş verib.

APA-nın məlumatına görə,  hadisə Məmməd Araz küçəsi ilə Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində qeydə alınıb.

 

Fərid Aslanov sükanı arxasında olduğu "Mercedes" markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olan zaman  qarşısına çıxan "Daewoo"  markalı avtomobillə toqquşub. İdarəetməni itirən sürücü daha sonra avtomobili yaşayış evinin darvazasına çırpıb.

 

Baş verən qəzada xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Qəzadan sonra hər iki sürücü baş verən hadisəyə görə bir-birilərini günahkar biliblər. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gələnə kimi qəzaya səbəb olan Fərid Aslanov  hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR