Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Vüqar İmanov/

“Eurosport”, MUTV, SKY TV telekanallarının məşhur idman şərhçisi Hanna İst I Avropa Oyunları çərçivəsində keçirilən yarışlardan Azərbaycanın milli geyimində veriliş aparır.

Trend-in məlumatına görə, aparıcını belə bir addım atmağa azərbaycanlı həmkarı, AzTV kanalının aparıcısı Ruslan Həsənov həvəsləndirib.

Aparıcılar sənətşünaslıq üzrə fəlsəfə doktoru, məşhur modelyer-dizayner Gülnarə Xəlilovanın kolleksiyasından olan milli kostyumlarda yarışları şərh edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az