Şagirdlərin nəzərinə!

Şagirdlərin nəzərinə!
11:51 22 Yanvar 2015
213 Sosial
Ölkə mətbuatı
A- A+

TQDK ona ünvanlanın çoxsaylı sualları nəzərə alaraq III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb ixtisaslarla bağlı məlumat yayıb.

TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, Ali təhsil müəssisələrinin III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əvvəlcədən təyin olunacaq vaxtda müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) seçmə turda iştirak etməlidirlər. Daha sonra həmin abituriyentlər buraxılış imtahanında (əvvəlki illərin məzunları, eləcə də kollec və ali məktəb məzunu olan abituriyentlər eksternat qaydada keçirilən buraxılış imtahanında) iştirak edəcəklər. Buraxılış imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə biləcəklər.

Bu haqda daha ətraflı məlumat 1 saylı "Abituriyent" jurnalında təqdim olunacaq.

Buraxılış imtahanı üzrə xəbər verildiyi kimi, 2014/2015-ci tədris ilində XI sinif şagirdlərinin buraxılış imtahanı üç fənn üzrə keçiriləcəkdir. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə xarici dil əvəzinə kimya fənnindən imtahan verəcəklər.
Diqqət!
1. İki xarici dil keçən XI sinif şagirdləri bu xarici dillərdən hər hansı biri üzrə buraxılış imtahanı verə bilər. Bu məqsədlə şagirdin imtahan vermək istədiyi xarici dil buraxılış imtahanı fənni kimi sistemdə indidən seçilməlidir. Tədris olunan digər xarici dil isə sistemdə ikinci xarici dil kimi qeyd edilməlidir.
2. Tədris olunmayan xarici dil XI siniflərdə imtahan fənni kimi seçilə bilməz!
3. Xarici dil tədris olunan XI siniflərdə kimya imtahan fənni kimi seçilə bilməz!
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR