Bakı, 28 iyun, AZƏRTAC
Siqaret çəkmək bir sıra xəstəliklər doğurur; ürək-damar sistemində problemlər yaradır, onkoloji xəstəliklərin inkişaf riskini bir neçə dəfə artırır.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Yaponiyanın Toxoku Universitetinin alimləri apardıqları tədqiqarlardan sonra bu qənaətə gəliblər. Onlar sübut ediblər ki, tütündən istifadə xüsusilə gənc qadınlar üçün daha zərərlidir. Bununla onlar öz sağlamlıqlarını təhlükə altında qoyurlar.
Tədqiqatçılar Yaponiya xəstəxanalarında müalicə alan 848 pasiyenti 23 il ərzində müşahidə ediblər. Qadınlar fəal, yaxud passiv tütünçəkmə ilə bağlı sualları cavablandırıblar.
Mütəxəssislər bu nəticəyə gəliblər ki, siqaret çəkməyənlərlə müqayisədə 20 ildən artıq tütündən istifadə edən qadınlar 3 dəfə artıq vaxtsız ölümlərlə üzləşirlər. Bundan başqa, belə qadınlarda süd vəzisi xərçəngi riski də 3-4 dəfə çox olur.