Bakı, 28 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
Bu gün Polşa komandası ilə oyun asan olmadı. Bu çox yaxşı, güclü komandadır. Lakin yığmamız yaxşı oynadı və biz qalib gəldik. Mən çox şadam, hisslərimi sözlə ifadə edə bilmirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın kişilərdən ibarət voleybol komandasının hücumçusu İlya Vlasov deyib.
Voleybolçu qeyd edib ki, onlar Bakıya qızıl medaldan ötrü gəliblər. "Növbəti Avropa Oyunlarında da biz layiq olduğumuz yeri tutacağıq. Bu isə ancaq birinci yerdir. Yüksək təşkilatçılığa və güclü dəstəyə görə hamıya təşəkkür edirəm", - deyə İlya Vlasov əlavə edib.