Bakı, 29 iyun, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrlərinə əsasən "Aqrolizinq" ASC-nin Masallı və Salyan rayon Aqroservis filiallarının və Abşeron rayon Güzdək qoyunçuluq üzrə Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.
Nazirlikdən AZƏRTAC-a daxil olan məlumata görə, audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub. Auditin nəticələri ilə bağlı materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.