Bakı, 29 iyun AZƏRTAC
İyulun 16-da “Qafqaz Media” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.
İctimai Birliyin sədri Azadə Taleh Abbasqızı AZƏRTAC-a bildirib ki, tədbirdə milli mətbuatın keçdiyi şərəfli tarixi yola nəzər salınacaq və bir sıra media mənsubları Azərbaycan jurnalistikasına verdikləri töhfələrə görə mükafatlandırılacaqlar.
Tədbirdə mətbut nümayəndələrinə müxtəlif nominasiyalarda- “Peşəkar qələm”, “Reytinqli jurnalist”, “Nurlu qələm” və s. olmaqla 28 adda diplom və mükafatlar təqdim olunacaq.
Sonda incəsənət ustraları konsert proqramı ilə çıxış edəcək.