Azərbaycan sərhədçiləri İrandan ölkəyə gətirilən külli miqdarda narkotiki dövriyyədən çıxarıblar - FOTO

Azərbaycan sərhədçiləri İrandan ölkəyə gətirilən külli miqdarda narkotiki dövriyyədən çıxarıblar - FOTO
10:47 26 Dekabr 2014
128 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 10:43 ]

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan sərhədçiləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ölkəyə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

 

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Bəhramtəpə qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. Nəticədə 7 kq 800 qram qurudulmuş marixuana dövriyyədən çıxarılıb.

 

Hazırda fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR