Respublikada əkin sahələrinin 62 faizini payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər təşkil edib

Respublikada əkin sahələrinin 62 faizini payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər təşkil edib
15:33 22 Yanvar 2015
374 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Ötən il məhsul istehsalı üçün 1612,7 min hektar sahə əkin altında istifadə edilib ki, bu 2014-cü il yanvarın 1-nə olan torpaq balansı üzrə 1723,9 min hektar əkin yerinin 93,6 faizinə bərabərdir.
Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzərTAc-a müsahibəsində deyib.
M. Hacıyev qeyd edib ki, əkin sahələrinin 1000,5 min hektarını və ya 62 faizini payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər, 165,7 min hektarını və ya 10,3 faizini kartof, tərəvəz və bostan bitkiləri, 43,7 min hektarını və ya 2,7 faizini texniki (pambıq, tütün, şəkər çuğunduru, günəbaxan və s.) bitkilər, 402,7 min hektarını və ya 25 faizini yem bitkiləri təşkil edib. İstifadə edilməyən sahələr (111,2 min hektar) əkinlərin növbələşdirilməsinə uyğun olaraq dincə qoyulan və herik kimi becərilən sahələrdir.
Nazirliyin mətbuat xidmətinin rəhbəri əlavə edib ki, 2014-cü ildə, həmçinin mövcud 134,2 min hektar meyvə, 16,1 min hektar üzüm bağlarının və 904 hektar çay plantasiyalarının aqrotexniki qaydada becərilməsi təmin edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR