“Birinci Avropa Oyunları çox möhtəşəm keçdi. Mən hesab edirəm ki Azərbaycanın keçirdiyi birinci Avropa Oyunları dünyanın heç bir yerində belə möhtəşəm keçirilə bilməzdi. Buna görə mən öz ölkəmlə fəxr edirem”.

Bunu ANS PRESS-ə “Eurovision - 2011”-in qalibi Nigar Camal deyib.

O, həmçinin gələcək planları haqqında məlumat verib. Nigar Camal hazırda Türkiyədə yeni mahnısına klip çəkilişlərinin davam etdiyini bildirib.

Ulduzlardan ilk Avropa Oyunları açıqlaması (FOTO)

Ulduzlardan ilk Avropa Oyunları açıqlaması (FOTO)

Əməkdar artist Tünzalə Ağayeva da birinci Avropa Oyunları haqqında fikirlərini ANS PRESS-ə bölüşüb.

Şadam ki Azərbaycanın tarixi əhəmiyyətli hadisəsində bir töhfəmiz oldu. Mən bir vətəndaş olaraq prezidentimiz və xanımı başda olmaqla hər kəsə böyük təşəkkürümü bildirirəm. Sadəcə idman yarışları deyil, biz mədəniyyətləri bir araya gətirə bildik və dünya idman tarixinə bir yenilik gətirdik”.

Bəzi qüvvələrin bu oyunlara nalayiq ləkələr gətirmək istəklərinin baş tutmamasını qeyd edərək o bununla qürur duyduğunu bildirib: "Biz sadəcə özümüz olduq və mövcud olan uğurlu bir layihə ilə göstərdik ki, Azərbaycan buna qadirdir."

Ulduzlardan ilk Avropa Oyunları açıqlaması (FOTO)

O medianın əməyini bu Oyunlarda yüksək qiymətləndirdiyini və hər kəsin könüllü olduğunu qeyd edib: “Mən hər kəsi və bizim himnimizi oxutduran, bayrağımızı yüksəyə qaldıran atletlərimizi ürəkdən təbrik edirəm. Medal qazana bilməyən atletlərin isə bu oyunlar onların həyatlarının ən böyük təcrübələrindən biridir və növbəti oyunlara ciddi bir vəsiqə qazanıblar".

Tünzalə Ağayeva avqustun sonunda “Sən tanımadığım doğmamsan" adlı yeni bir mahnı yazdıracağını deyib. Həmçinin səfərlər və layihələrlə bağlı payızda bir neçe yeniliklərin olacağını və xaricdə yeni singlların çıxacağını bildirib.

Ulduzlardan ilk Avropa Oyunları açıqlaması (FOTO)