Bakıda avtobuslarda nağdsız ödəniş sisteminə tam keçidin vaxtı məlum oldu

Bakıda avtobuslarda nağdsız ödəniş sisteminə tam keçidin vaxtı məlum oldu
16:37 22 Yanvar 2015
101 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Nəqliyyat Nazirliyi 2015-ci il martın sonuna kimi Bakıda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə tam keçidi planlaşdırır.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verib.

O qeyd edib ki, ictimai nəqliyyatda kart vasitəsilə ödənişə keçidlə bağlı iş davam etdirilir və proses martın sonuna qədər tam başa çatdırılacaq.

N.Həsənov, həmçinin bildirib ki, nazirlik 2015-ci ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində fəal işləri davam etdirir.

Şöbə müdirinin sözlərinə görə, iri idman tədbirinə hazırlıq çərçivəsində "TX4” avtomobillərinin operatoru qismində çıxış edən "Baku Taxi Company" şirkəti artıq ölkəyə 200 (buna qədər şirkətin avtomobil parkı 1000 avtomobildən ibarət idi) ədəd yeni avtomobil gətirib: “Martın sonuna qədər ölkəyə daha 300 London taksisi gətiriləcək”.

N.Həsənov deyib ki, paytaxtın avtobus parkının yenilənməsi işləri də davam etdirilir: "Belə ki, artıq 300 yeni “Isuzu” markalı avtobus sifariş edilib, onlardan 50-si artıq paytaxt yollarında işləyir. Avtobusların qalan hissəsi martın sonunadək ölkəyə gətiriləcək".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR