[ 02 İyul 2015 13:48 ]



Bakı - APA-Economics. Sabah Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının iclası keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə maliyyə nazirinin müavini, bankın Müşahidə Şurasının sədri Azər Bayramov deyib.

Onun sözlərinə görə, iclasın yekunları ilə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək.

Bundan başqa, Müşahidə Şurasının sədri qeyd edib ki, bu ay ərzində bankın səhmdarlarının ümumi yığıncağı keçiriləcək. "Həmin yığıncaqda da mühüm qərarlar qəbul olunacaq", - deyə o qeyd edib.