Səhiyyə naziri Saatlıda vətəndaşları qəbul edib

Səhiyyə naziri Saatlıda vətəndaşları qəbul edib
17:48 22 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə dövlət qurumlarının rəhbərləri tərəfindən vətəndaşların qəbulu davam etdirilir.
Şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq yanvarın 22-də səhiyyə naziri Oqtay Şirəliyev Saatlı Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qəbulda nazir tərəfindən Saatlı, İmişli, Beyləqan və Füzuli rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri dinlənilib, lazımi tədbirlər görülüb.
Qəbula gələn 40-a yaxın vətəndaşın müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb. Xarici ölkələrdən, xüsusilə İran İslam Respublikasından ağır halda ölkəmizə dönən və yerli mütəxəssislərdən yardım istəyən soydaşlarımızın müraciətləri çoxluq təşkil edib. Digər müraciətlər sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmilləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub.
Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehiyye_naziri_Saatlida_vetendaslari_qebul_edib-826780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR