Bolqarıstan “Cənub axını” qaz kəmərinin tikintisinə davam edir

Bolqarıstan “Cənub axını” qaz kəmərinin tikintisinə davam edir
18:03 22 Yanvar 2015
202 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Bolqarıstan hökuməti “Cənub axını” qaz kəmərinin tikintisini nəzərdə tutan “Bolqarıstanın 2018-ci ilə qədər stabil inkişafına dair hökumət proqramı”nı təsdiqləyib.
AzərTAc Vestifinance.ru saytına istinadla xəbər verir ki, layihənin dayandırılmasına dair heç bir rəsmi xəbərdarlıq almadıqlarını bildirən Bolqarıstanın Baş nazirinin müavini Rumyana Bıçvarova ölkəsinin qaz kəmərinin tikintisini Avropa İttifaqının dəstəyi və tövsiyəsi ilə davam etdirmək niyyətində olduğunu deyib.
“Qazprom” isə bir həftə bundan əvvəl “Türkiyə axını” qaz kəmərinin tikiləcəyi barədə növbəti bəyanat verib. Kəmər mavi yanacağı Bolqarıstandan yan keçərək Qara dəniz vasitəsi ilə Türkiyəyə çatdıracaq. Bundan başqa Türkiyə ərazisində Avropa İttifaqına qaz paylayacaq böyük habın tikilməsi də nəzərdə tutulur.
“Qazprom”, həmçinin Avropa İttifaqına Türkiyədəki qazpaylayıcı haba qədər boru çəkməkdə ləngiməməyi tövsiyə edib. Əks-halda Avropa İttifaqı ölkələri 2-3 ildən sonra qazsız qala bilərlər. Belə ki, habın işə düşməsi ilə eyni vaxtda Avropaya Ukraynadan qaz tranziti dayandırılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bolqaristan_Cenub_axini_qaz_kemerinin_tikintisine_davam_edir-826789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR