Bakıda yol polisinə xəsarət yetirən sürücü həbs edilib

11:42 26 Dekabr 2014
70 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 11:41 ]

 

Bakı. Fuad Cəfərov - APA. Bakıda yol polisinə xəsarət yetirən sürücü tutulub.

 

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 17-də saat 22:00 radələrində, Cavadxan küçəsində Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidməti inspektorunun qanunu tələbinə tabe olmadan, sərxoş vəziyyətdə polis əməkdaşına qarşı kobudluq edərək xəsarət yetirib naməlum istiqamətə gedən “Ford Transit” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad İmran oğlu Səfərəliyev müəyyən olunaraq tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə Cinayət İşi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367323

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR