Əməkdar artist Bakının yeni avtobusunda biabır oldu (FOTO)

Əməkdar artist Bakının yeni avtobusunda biabır oldu (FOTO)
11:46 26 Dekabr 2014
97 Digər
Ölkə mətbuatı
A- A+

Bir necə gün öncə Bakının küçələrində şütüməyə başlayan yeni avtobuslar əməkdar artisti çaşdırdı. Belə ki, Azərbaycan teatr və kino aktyoru İlqar Cahangir avtobusun ilk sərnişinlərindən olub. Lakin o maraqlı hadisə ilə üzləşib.

Bu barədə o öz Facebook səhifəsində yazıb.

"65-i gözləyirdim ki, təzə avtobus gəldi. Dedim siftə edim. Qalxıb oturdum. Gördüm ki, üzbəüz oturanlar, solda duranlar mənə baxır. Aktyoram da, hamı tanıyır. Sevinərək sağıma baxdım. Gördüm ki, itin yerində oturmuşam. Sən demə ona görə baxırmışlar".

Əməkdar artist hətta it üçün nəzərdə tutulan yerin fotosunu da paylaşıb.

Qeyd edək ki, yeni avtobuslar hələlik bir marşrut üzrə hərəkət edir. İlkin mərhələdə 50 avtobus xəttə buraxılıb. Yeni nəqliyyat vasitələrində əlilliyi olan şəxslər də nəzərə alınıb. Panduslar tək əlilliyi olan şəxslər deyil, eləcə də uşaq arabası ilə olan analara da avtobusa rahat minib enmə imkanı yaradacaq. Onlar üçün avtobusun içərisində də xüsusi yer ayrılıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=316409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR