İlham Əliyev bp şirkətinin baş icraçı direktoru ilə görüşüb

İlham Əliyev bp şirkətinin baş icraçı direktoru ilə görüşüb
23:54 22 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 22-də Azərbaycan prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

 

Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə “Cənub” qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti və Azərbaycanın bu sahədə rolu yüksək dəyərləndirilib.

 

Söhbət zamanı bp ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR