Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 108 ipoteka krediti verib.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 690 milyon 181 min 728 manatdan çoxdur. AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.